Türkiyənin “Kocaelispor” klubu Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə yolları ayırdığını açıqlayıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Şeydayevin “Neftçi”yə keçəcəyi gözlənilir.
Ramil ötən mövsümün ikinci yarısından “Kocaelispor”da çıxış edirdi.
Rəşad Rafiqoğlu, Bizim.Media