Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini müzakirə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə ediblər. ABŞ dövlət katibinin müavini vurğulayıb ki, ABŞ iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına, regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməyə davam edəcək.
İkitərəfli əməkdaşlıq kontekstində Nikol Paşinyan ABŞ-ın Ermənistanda demokratik islahatların, xüsusilə ədliyyə, korrupsiyaya qarşı mübarizə, yaxşı idarəetmə, ictimai xidmətlər, polis və digər sahələrdə səmərəli təşviqində davamlı dəstəyini vurğulayıb.
Bizim.Media