Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Loran Blan təyin edilib. Fransalı mütəxəssis istefaya göndərilən Marselo Qalardonu əvəzləyib.
Qeyd edək ki, Blanın son iş yeri "Lion" olub.
Bizim.Media