İctimai fəal Bayram Məmmədovun ölümü ilə bağlı bəzi məqamlar bəlli olub.
Bizim.Media Meydan TV-yə istinadla xəbər verir ki, Türkiyə polisinin B. Məmmədovun dostlarına verdiyi məlumata görə, hadisə sahil güvənliyinin gözü qarşısında baş verib.
“Ayağındakı başmağı suya düşüb, Bayram onu çıxarmaq üçün suya girib və üzüb. Sahil güvənliyi fit çalıb, amma geri qayıtmayıb, boğulub”, - deyə dostları polisə istinadən bildiriblər.
Bizim.Media