Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda növbəti matçına çıxıb.
Bizim.Media xəbər verir ki, B qrupunda Böyük Britaniya seçməsi ilə qarşılaşan millimiz 51:97 hesabı ilə məğlub olub.
Seçməmiz dünən ilk oyunda Portuqaliyaya 34:90 hesabı ilə uduzmuşdu.
İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.
Rəşad Rafiqoğlu, Bizim.Media