Yayın sonuna qədər Ukrayna Qərb tərəfdaşlarından 6 ədəd F-16 təyyarəsi alacağını gözləyir.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Nəşr yazır ki, ilin sonuna qədər cəmi 20 qırıcı tədarük ediləcək.
Agentlik mənbələrinin məlumatına görə, hazırda Ukraynaya təyyarələrin göndərilməsi prosesi ehtiyat hissələri ilə bağlı problemlər və ukraynalı pilotlarla onların əcnəbi təlimatçıları arasında dil baryeri səbəbindən ləngiyir.
Hazırda F-16 tədarükü planlaşdıranlan ölkələri 3 əsas məsələ narahat edir:
Birincisi, təyyarələr öz missiyalarından asılı olaraq yenidən konfiqurasiya edilməlidir.
İkincisi, Ukraynada F-16 üçün lazım olan uzun, yüksək keyfiyyətli uçuş-enmə zolaqlarının çoxu yoxdur.
Üçüncüsü, təyyarə dəstəyinin maddi-texniki təminatı ehtiyat hissələrinə ehtiyacdan tutmuş texniki xidmət və sifarişçi mühəndislərə qədər mürəkkəbdir.
Bizim.Media