"Neftçi"nin növbəti transfer cəhdu uğursuz nəticələnib.
Bizim.Media xəbər verir ki, "Ağ-qaralar" Ceyson Lokilonu transfer etmək istəsə də, danışıqlar müsbət yekunlaşmayıb.
Belçikalı hazırda Çempionşipdə çıxış edən "Hall Siti"yə məxsusdur.
Türkiyəli iş adamı Acun İlcalının sahibi olduğu İngiltərə klubunun 25 yaşlı sağ cinah yarımmüdafiəçisinə görə tələb etdiyi 1 milyon avroluq təzminatı bakılılar ödəməkdən imtina edib.
Rəşad Rafiqoğlu, Bizim.Media