“Vaşinqton hər zaman qoyulan hər bir sentin hesabatını tələb edirlər. İndi vəd edilmiş hər senti, verilməsə də, soruşmağı öyrəniblər”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə deyib.
“Bu günlərdə USAID rəhbəri Samanta Pauer Ermənistana səfər edib. O, yenidən kömək elan edib. Amerikalılar çoxlarına belə kömək vəd ediblər. Xüsusilə, Serbiyaya. Lakin bu ölkə heç nə almadı. Ola bilsin ki, Ermənistanın indiki hakimiyyət orqanlarına deyil, amma yenə də nəsə ödəməli olacaqlar.
Bizim.Media