"Araz-Naxçıvan" baş məşqçi ilə müqavilə məsələsini həll edib.
Bizim.Media xəbər verir ki, klub rəhbərliyi Vitali Borisovla may ayında başa çatan müqavilə müddətini daha bir il artırıb.
42 yaşlı mütəxəssis iyulun 20-də başlayacaq qarşıdan gələn mövsüm üçün toplanış planını artıq hazırlayıb.
Xatırladaq ki, Azərbaycan çempionu ölkəmizi yeni Çempionlar Liqasında təmsil edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media