Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin sonuncu qrup oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, qızlarımızın budəfəki rəqibi Kipr seçməsi olub.
Oyuna sürətli başlayan millimiz Kipr yığması üzərində 68-45 hesablı rahat qələbə qazanıb. Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (28 xal, 2 ribaund) seçilib. Bu qələbə ilə qızlarımız qrup lideri kimi yarımfinala yüksəliblər.
Qeyd edək ki, yarımfinal oyunları 13 iyul tarixində baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media