Filip Koutinyonun yeni klubu bəlli olub.
Bizim.Media xəbər verir ki, braziliyalı oyunçu "Vasko da Qama" klubuna transfer olunub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, müqavilə ilə “Aston Villa”ya məxsus olduğu üçün yeni klubunda icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Koutinyonun son klubu "Əl Duhail" olub.
Rəşad Rafiqoğlu, Bizim.Media