Rusiyanın "Krasnodar" klubu "Qarabağ"ın daha sərfəli təklifindən imtina edərək, Kadi Borqesi Macarıstan "Ferentsvaroş"una satıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Qarabağ"ın mətbuat katibi Anar Hacıyev yayıb.
"Son vaxtlar Kadi ilə danışıqlar aparırdıq, o da qayıtmağa hazır idi. "Krasnodar" isə buna şərait yaratmadı", - deyə o, qeyd edib.
Xatırladaq ki, Macarıstan təmsilçisi Rusiya klubuna 2 milyon avro ödəməyə razılaşıb.
Bizim.Media