Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca ilə vida mərasimi keçirilməyəcək.
Bu barədə Bizim.Media-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib:
“Pandemiya ilə əlaqədar kütləvi yığıncaqlar qadağan olunduğu üçün Fikrət Qoca ilə vida mərasimi təşkil olunmayacaq”.
Xalq şairinin Fəxri Xiyabanda dəfn olunacağı gözlənilir. Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.
Bizim.Media