Xalq artisti Könül Xasıyeva ürəyindən əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, bu haqda sənətkar sosial şəbəkə hesabında məlumat yayıb.
K.Xasıyeva əməliyyatdan sonra xəstəxananın palatasında oğlu Kazım və həkim personalı ilə çəkilən fotolarını izləyiciləri ilə bölüşüb.
Xanəndə paylaşdığı şəkillərdə kordioloq həkiminin adını işarəyələrək ona təşəkkürünü bildirib.
Bundan başqa Xalq artisti "Evdəyəm. Hər şey əladır. Allahdan hər birinizə möhkəm can sağlığı arzulayıram. Amin" sözlərini yazıb.
Rəşad Əliyev, Bizim.Media