Lalə Məmmədova: “Hamilə olarkən ərim məni xəbərsiz boşadı” -  VİDEO

“Boşanmaya qərar verilibsə, demək ki, arxasında ciddi səbəblər var. Qadınlarda ayrılıq qərarı "küsdüm, getdim" kimi olmur. Ayrılıq qərarını qarşı tərəf vermişdi. İndi düşünəndə deyirəm ki, nə yaxşı ki, bunu etmişəm. Mən çox çalışdım ki, ailəmi qoruyum. Amma demək ki, ciddi səbəblərim var idi. Mən bu ayrılığa görə ona çox minnətdaram. Çox sağ olsun ki, çox doğru qərar verdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu “Həftənin qonağı” verilişində danışıb. 

Sənətçi bildirib ki, o, hamilə ikən kecmiş həyat yoldaşı İlham Qafarov xəbərsiz onu boşayıb: 

“O dövrdə ailəmin dağılması mənim üçün zərbə idi. Böyük zərbə idi, çünki bətnimdə övladım vardı. Mən bu həyatda iki ömür sürmüş insanam. Hamilə ola-ola o mənə demədi ki, ayrılaq. Elə birbaşa xəbərsiz məhkəmədən boşanma ilə bağlı sənəd gəldi. O vaxt mən qərar vermişdim ki, övladımı dünyaya gətirəcəyəm. Çünki bu övlad Allahın verdiyi paydır.

Mən o zaman məhkəməni saxlatdırdım. Dildə mənə söyləmişdi ki, ayrılaq. İnsanıq da, fikirləşirik ki, dildə deyib də... Bəlkə bunu əsəbiləşib deyib. Amma bu qərara görə ona çox minnətdaram. Hələ mən fikirləşdim ki, bu qərara görə gecikmişəm. Kaş ki, daha əvvəl ayıq olub bu qərarı daha tez verərdim. İndi gülə-gülə danışım, amma nələrdən keçmədik ki...

Hərdən fikirləşirəm ki, bu mərhələlərdən mən necə keçdim. Mənə kömək olan əlbəttə ki, sənətim oldu. Ən son ana kimi də işlədim və maddi cəhətdən heç kimdən  asılı olmadım. Sənət qoymadı kiminsə qapısında boynu bükük durmağa. Amma mənəvi cəhətdən çox çətin idi. Dünyaya övlad gətirirsən və bilirsən ki, onun atası ilə bir daha bir yerdə olmayacaqsan.

Çox çətindir... Nə yaxşı ki, iki qızım var. Onları mənə verənə qurban olum. Dünyaya gələcək körpəni mən necə bətnimdə parça-parça edib, götüzdürüm? Buna heç dilim gəlmir deməyə...”. 
 
 
Lalə boşanmasının səbəbini ərinin ikinci övladı istəməməsi ilə əlaqələndirib: 
 
 “Atası heç o uşağı istəmirdi. Əslində əsas səbəblərdən də biri bu idi. O ikinci övladı istəmirdi. Birinci övlad da onun istəyib-istəməyini hiss eləmədim. Amma ikinci övladda konkret şərt qoydu. Heç bir şeyə görə peşman deyiləm. O, mənim həyatımdır və mən bunu yaşamalı idim. Hərə həyatda bir cür sınaqlardan keçir. Mən də burada sınaqdan keçdim. Yəqin ikinci övlad onun həyat fəlsəfəsinə görə uyğun deyilmiş”. 

Məmmədova bir zamanlar keçmiş əri İ.Qafarovun “Lalə uşaqlarımla görüşməyə icazə vermir” fikirlərini cəfəngiyyat adlandırıb: 

“Qızlarım ataları ilə görüşmürlər. Mən tərəfdən heç bir problem yoxdur. Sadəcə ataları və qızlarım özləri istəmirlər görüşmək. Onun çıxıb deməsi ki, “Lalə imkan vermir ki, qızlarımla görüşüm” hamısı cəfəngiyat idi”. 

Qeyd edək ki, Lalə Məmmədovanın ilk evliliyindən Çinarə və Nərgiz adlı iki qız övladı var. 


 
Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

End of content

No more pages to load

RADİO