“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.
Bizim.Media xəbər verir ki, litvalı Saulius Sekanaviçus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qriqorçukun köməkçilərindən olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media