Koronavirus səbəbi ilə çətin anlar yaşayan Hindistanda maraqlı hadisə yaşanıb. Ölkə gündəmini qarışdıran xəbər müzakirələrə də yol açıb.
Bizim.Media xəbər verir ki, dəstəklədiyi DMK partiyası seçkilərdə qalib gələcəyi təqdirdə dilini kəsəcəyini vəd edən 29 yaşlı qadın rəsmi nəticələr açıqlandıqdan sonra verdiyi sözə əməl edib.
Vədini yerinə yetirmək üçün məbədə gedən gənc qadın pandemiya məhdudiyyətləri səbəbiylə içəri girə bilmədiyi zaman dilini qapı qarşısında kəsib.
Məbədin pilləkənlərində huşsuz vəziyyətdə tapılan Vanita xəstəxanaya yerləşdirilib. Xəstəxanadan edilən açıqlamada bildirilir ki, qadın dilindən 1 santimetr kəsib. Həkimlərin bildirdiyinə görə dilini kəsən qadın danışa biləcək.
Hindistanın Tamil Nadu əyalətindəki regional seçkilərdə Stalin adlı bir siyasətçinin rəhbərlik etdiyi partiya qalib gəlib.
Qadının dəstəklədiyi və 10 ildir müxalifətdə olan DMK parlament koalisiyası 234 yerdən 150-nə sahiblənərək, qalib olub.
Alçina Amilqızı, Bizim.Media