"Qarabağ"ın legioneri Julio Romaonun "Ferentsvaroş"a transfer ola biləcəyi yenidən gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Macarıstan mətbuatı məlumat yayıb. "Csakfoci" portalı Macarıstan nəhənginin "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisini transfer siyahısına daxil etdiyini yazıb.
Onlar futbolçu üçün “Qarabağ”a 1 milyon avro təklif etsələr də, Ağdam klubu futbolçunu satmaqdam imtina edib. Qeyd edək ki, Romaonun "Qarabağ"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 26 yaşlı futbolçu 2020-2022-ci ildə “Santa-Klara”da oynadıqdan sonra iki il əvvəl “Qarabağ”a keçib.
Rəşad Rafiqoğlu, Bizim.Media