Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Bizim.Media xəbər verir ki, Müsavat başqanının müavini Razim Əmiraslanli bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Sözügedən qərar iyulun 4-də Müsavat Partiyası Məclisinin toplantısında qəbul olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Bizim.Media