Maliyyə problemlərinə baxmayaraq “Kəpəz” transfer fəaliyyətini davam etdirir.
Bizim.Media xəbər verir ki, bəzi aparıcı legionerlərini itirən Gəncə klubu onların əvəzinə yeni əcnəbilərlə razılıq əldə edib.
Bunlar Moskva SSKA-sının keçmiş hücumçusu Lassan Ndiaye, həmçinin Kərim Lkuş və Rocerio Santosdan gedir. Bu futbolçuların bir həftə ərzində “Kəpəz”in düşərgəsinə qoşulacaqları gözlənilir.
Qeyd edək ki, “Kəpəz” yay hazırlığını ölkə daxilində keçirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media