“Sumqayıt” sabah təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq.
Bizim.Media xəbər verir ki, Ankara yaxınlığında məskunlaşacaq komanda burada 3 yoxlama görüşü keçirəcək.
Rəqiblərdən biri artıq məlumdur. Samir Abbasovun komandası iyulun 7-də Rusiyanın “Orenburq” klubu ilə qarşılaşacaq. Yoxlama oyunlarında digər rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, “Sumqayıt”ın Türkiyə toplanışı iyulun 17-də yekunlaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media