Prezident “Zəngilan” tankerinin istismara verilməsi mərasimində - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

Bizim.Media xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevə raport verib.

Tankerə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad edilən əzəli və əbədi Azərbaycan torpağı Zəngilanın adı verilib.

Qırx dörd günlük Vətən müharibəsindən sonra Zəngilanda Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyev indi isə üçrəngli bayrağımız altında beynəlxalq sularda üzəcək “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirakının çox böyük rəmzi mənası var.

“Zəngilan” Bakı gəmiqayırma zavodunda inşa olunan sayca dördüncü milli tankerdir. Bundan əvvəl istismara verilən “Laçın” və “Kəlbəcər” tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” tankeri kimi, “Zəngilan” ilə də həm neft, həm də kimyəvi məhsullar daşınacaq. Bakı gəmiqayırma zavodunda ASCO üçün “Zəngilan” tipli daha üç tankerin inşası da nəzərdə tutulur. Bununla bağlı sifarişlər alınıb və müvafiq müqavilələr imzalanıb.

Tanker barədə Prezident İlham Əliyevə məlumat verən Rauf Vəliyev bildirib ki, nadir dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik “Zəngilan”ın konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu ilə uğurlu əməkdaşlıq çərçivəsində hazırlanıb.

Yeni nəsil tankerin uzunluğu 141 metr, eni 16.9 metr, bortunun hündürlüyü isə 6 metrdir. Saatda 10 knot sürətlə hərəkət edə biləcək tanker 15 nəfərlik heyət tərəfindən idarə olunacaq. Tanker ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir. Dedveyti 7875 ton təşkil edən tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Gəminin texniki göstəriciləri, xüsusilə suya oturumu maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa imkan yaradır. Yeni nəsil “Zəngilan” tankeri də digər milli istehsalımız olan tankerlər kimi Xəzərdə və Xəzərdənkənar sularda istismar ediləcək.

“Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ümumilikdə 1046 nəfərin çalışdığı zavodda bir Ro-Pax tipli bərənin, iki tankerin və bir dibdərinləşdirən gəminin inşası davam etdirilir. İki tanker, dörd dalğıc və üç sürətli sərnişin gəmisi layihəndirmə, dörd quru yük gəmisi, bir patrul gəmisi və bir yanğınsöndürmə gəmisi isə müqavilə mərhələsindədir. Zavod beş ticarət və səkkiz xidmət gəmisi ilə bağlı müqavilələr imzalayıb.
 

Sonra dövlətimizin başçısı tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.

Qeyd edək ki, ASCO yarandığı dövrdən bəri ümumilikdə 29 yeni gəmi istismara verilib. Onlardan biri yedək, üçü sərnişin, ikisi Ro-Pax tipli gəmi-bərə, dördü tanker olmaqla, ümumilikdə 10-u Bakı gəmiqayırma zavodunda inşa edilib. Həmçinin ASCO-nun Müşahidə Şurasının məqbul hesab etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramına uyğun olaraq Bakı gəmiqayırma zavoduna 11 gəminin, o cümlədən bir Ro-Pax tipli gəmi-bərə, üç tanker, 80 nəfərlik üç sərnişin gəmisi, 60 və 45 metr dərinliklərdə işləmək üçün nəzərdə tutulmuş dörd dalğıc gəmisinin tikintisinə dair yeni sifarişlər verilib.

Ümumilikdə son illərdə donanmanın yenilənməsi və yeni gəmilərin tikintisi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər ASCO-nun Xəzərdə aparıcı mövqeyinin qorunubsaxlanılmasına, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarında gəmilərə olan tələbatın ödənilməsinə, Xəzərdə neft-qaz layihələrinin uğurla icrasına böyük töhfə verir. Bu istiqamətdə görülən genişmiqyaslı işlər Xəzərdənkənar sularda Gəmiçiliyin mövqeyinin möhkəmləndirilməsi və genişləndirilməsində də mühüm rol oynayır.

Bunlarla yanaşı, son bir ildə beynəlxalq sularda yeni tipli daha böyük gəmilərin istismara verilməsi istiqamətində də uğurlu layihələr icra olunub. 2023-cü ildə xarici sularda Azərbaycan Bayrağı altında “Şuşa”, “Qarabağ”, “Zəngəzur” adlı 3 “Aframax” tipli tanker istismara verilib. Cari ilin mayında isə Çində “Xocalı” adlı “Handysize” tipli bir quru yük gəmisinin istismara verilməsi ilə Gəmiçilik quru yük daşımalarında yeni seqmentə daxil olub. Bu gəminin ilk səfəri Cənubi Koreyanın "Bakpyung" limanından ABŞ-ın "Portland" limanına yerinə yetirilib. Gəmi artıq təyinat limanındadır və hazırda yükboşaltma əməliyyatı icra edilir.

Onu da qeyd edək ki, bu səfərlə "Xocalı" müstəqil Azərbaycan Bayrağı altında Amerika sularına daxil olan ilk gəmi kimi tarixə düşüb.

Təbii ki, görülən işlər bütövlükdə ölkəmizin iqtisadi sahədə dinamik inkişafının nəticəsidir. Hazırda Azərbaycan dünyada gedən müxtəlif geosiyasi böhranlara baxmayaraq, öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyillərdən maksimum dərəcədə qoruya bilir. Bu gün hər bir sektorda, o cümlədən dəniz nəqliyyatı sahəsində ciddi inkişaf templəri müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət dayanır.
 





















Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Millimiz hesabı bərabərləşdirdi - VİDEO

Pezeşkian bunkerdən xalqa SƏSLƏNDİ: “İran dünyanın zirvəsində parlayan qiymətli daş kimi işıldayır”

Pezeşkian bunkerdən xalqa SƏSLƏNDİ: “İran dünyanın zirvəsində parlayan qiymətli daş kimi işıldayır”

Bakı-Qazax yolunda qəza: Qadın sürücünün idarə etdiyi "Range Rover" aşdı - FOTO/VİDEO

Bakı-Qazax yolunda qəza: Qadın sürücünün idarə etdiyi "Range Rover" aşdı - FOTO/VİDEO

FHN: 547 nəfər təhlükəsiz əraziyə təxliyə olunub - FOTO/VİDEO

FHN: 547 nəfər təhlükəsiz əraziyə təxliyə olunub - FOTO/VİDEO

“Qanlı dərə”də Quba və Qusar igidlərinin qəhrəmanlıq salnaməsi - VİDEO

“Qanlı dərə”də Quba və Qusar igidlərinin qəhrəmanlıq salnaməsi - VİDEO

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidi?" - "Rolls-Royce" aldı

İlk hissə BAŞA ÇATDI: Syerra Leone yığması hesabda irəlidədir - VİDEO

İlk hissə BAŞA ÇATDI: Syerra Leone yığması hesabda irəlidədir - VİDEO

Müdafiə Nazirliyi İrandan Türkiyəyə ballistik raketin buraxılmasını PİSLƏDİ

Müdafiə Nazirliyi İrandan Türkiyəyə ballistik raketin buraxılmasını PİSLƏDİ

Zaqatalada AĞIR QƏZA: Bir nəfər ölüb, beşi xəsarət alıb - FOTO/VİDEO

Zaqatalada AĞIR QƏZA: Bir nəfər ölüb, beşi xəsarət alıb - FOTO/VİDEO

Ən çox boş vədlər verən BÜRCLƏR: Onlara inanmaq olmaz

Ən çox boş vədlər verən BÜRCLƏR: Onlara inanmaq olmaz

Millimiz Syerra Leoneyə QARŞI

Millimiz Syerra Leoneyə QARŞI

İsrail İranın Xəzər dənizi sahilləri yaxınlığında yerləşən HHM obyektlərinə HÜCUM EDİB

İsrail İranın Xəzər dənizi sahilləri yaxınlığında yerləşən HHM obyektlərinə HÜCUM EDİB

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib - FOTO

Xocalıda ağır qəza olub, ANAMA əməkdaşı həyatını itirib - FOTO

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

SON DƏQİQƏ: İran Türkiyəyə ballistik raket atıb

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

"Onu bütün filmlərdə öldürürdük..." - VİDEO

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

Aİ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini UZATDI

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

MEDİA nümayəndələri Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzində

Bu məhsullar UCUZLAŞACAQ

Bu məhsullar UCUZLAŞACAQ

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

End of content

No more pages to load

RADİO