Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və iş adamı Hüseyn Həsənovun başı problemdən açılmır.
Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, vergi orqanları Hüseyn Həsənovun əmlakını ələ keçirməyə çalışır.
Federal Vergi Xidməti məhkəmə yolu ilə Moskva şəhərində iki lüks avtomobil və mənzili əlindən almaq istəyir.
Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin fərdi sahibkar Hüseyn Həsənova müraciəti üzrə icraata başlayıb.
Xidmət onun əlindən bunları almaq istəyir:
- Neva Towers "Moscow City"də 124 kvadratmetr sahəsi olan mənzil (bazar dəyəri 150 milyon rubla çatır)
- 2020-cu il buraxılışı olan “Rolls-Royce Cullinan” avromobili (bazar dəyəri 50 milyona rubla çatır)
- 2022-ci il buraxılışı olan “Chevrolet Tahoe” avtomobili (bazar dəyəri 11 milyon rubla çatır).
Məlumata görə, bütün məsələ blogerin Federal Vergi Xidmətinə külli miqdarda yaranan borcudur: Hüseyn Həsənovun vergi orqanlarına 128,5 milyon rubl borcu var.
Rəşad Əliyev, Bizim.Media