Azərbaycanın Xalq artisti Yusif Eyvazov və Rusiyanın Xalq artisti Anna Netrebko boşanır.
Bizim.Media xəbər verir ku, bu haqda cütlük "Austria Presse-Agentur" nəşrinə açıqlamada bildiriblər.
"Birlikdə yaşadığımız on xoşbəxt ildən sonra çətin ayrılma qərarı verdik. Biz Tiaqoya (Anna Netrebkonun birinci evliliyindən olan oğlan övladı) olan ortaq məhəbbətimizlə birləşən yaxın dost olaraq qalırıq", - deyə Anna vurğulayıb.
Onların fikrincə, ayrılıq musiqi fəaliyyətində birgə çıxışlarına təsir etməyəcək.
Rəşad Əliyev, Bizim.Media