Eysebio Di Françesko "Venesiya"nın yeni baş məşqçisi olub.
Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 54 yaşlı mütəxəssis bu vəzifədə Paolo Vanolini əvəzləyib.
Müqavilə 2025/26 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Xatırladaq ki, Vanolinin rəhbərliyi altında "Venesiya" ötən mövsüm A seriyasına vəsiqə qazanmışdı.
Bizim.Media