İsveçrənin keçmiş prezidenti Alen Berset Avropa Şurasının yeni baş katibi seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.
Məlumata görə, 52 yaşlı Bersetin mandatı sentyabrın 18-də başlayacaq. O, Xorvatiya təmsilçisi Mariya Peyçinoviç-Buriçi əvəz edəcək.
Qeyd edək ki, Berset 2023-cü il yanvarın 1-dən dekabrın 31-dək İsveçrənin prezidenti olub.
Bizim.Media