"Sabah"ın futbolçusu Anatoli Nuriyev ikitərəfli qasıq yırtığından əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla başa çatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Həkimlərin rəyinə əsasən, Nuriyev 2 həftə sonra məşqlərə başlaya biləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media