"Beşiktaş"ın yarımmüdafiəçisi Ajdin Hasiç karyerasını Azərbaycanda davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, 22 yaşlı legionerin xidmətində "Neftçi" maraqlıdır.
"Ağ qaralar" artıq Türkiyə nəhəngi ilə danışıqlara start verib. Ajdin Zaqreb "Dinamo"sunun yetirməsidir.
2020-ci ildən "Beşiktaş"a məxsusdur. İstanbul nəhəngində cəmi 13 oyun keçirən orta sahə oyunçusu 2 qolla yadda qalıb. Bosniya Herseqovinalı futbolçu son 5 mövsümdə 3 kluba icarəyə verilib.
Rəşad Rafiqoğlu, Bizim.Media