Frankfurt polisi Avro-2024 üçün Almaniyaya gələn daha səkkiz ingiltərəli azarkeşi həbs edib.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Sözügedən fanatlar müxtəlif qanun pozuntularına görə həbs ediliblər.
Onlar sərxoş vəziyyətdə elektrikli skuter sürdüklərinə, başqasına bədən xəsarəti yetirdiklərinə və narkotik qanunlarını pozduqlarına görə saxlanılıblar.
Daha əvvəl də İngiltərə millisinin bir neçə azarkeşi həbs olunmuşdu.
Bizim.Media