“Sumqayıt”dan ayrılan Orxan Sadıqlı karyerasını “Kəpəz”də davam etdirəcək.
Bizim.Media xəbər verir ki, təcrübəli qolkiper Gəncə təmsilçisi ilə razılıq əldə edib.
Tərəflər arasında yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Orxan Sadıqlı əvvəllər də “Kəpəz”in şərəfini qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media