“Sabah” klubu daha bir legionerini göndərməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, söhbət Emanuel Apedən gedir.
Futbolçunun müqaviləsi bu ayın sonunda başa çatır. Məşqçilər korpusu isə onunla yeni müqavilənin imzalanmasını məqbul saymayıb. Məhz bu səbəbdən də Ape “Sabah”ı tərk edəcək.
Qeyd edək ki, “Sabah” daha öncə Kristian Sebalyos və David Volkovun komandanı tərk etdiklərini açıqlayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media