Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaq təhlükəsini müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidenti Pxenyana səfərinin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı bildirib.
“Bizim üçün bu müharibədə məğlubiyyət Rusiya dövlətinin min illik tarixinin sonu deməkdir. Və sonra sual yaranır: niyə qorxmalıyıq ki, sona qədər getmək daha yaxşı deyilmi?”, - Putin qeyd edib.
Rusiya lideri Vaşinqtonun təzyiqlərindən də danışıb: "Birləşmiş Ştatların tərsliyi və kobudluğu heç zaman onlara fayda verməyib və strateji baxımdan yalnız zərər verib".
Purin Şimali Koreyaya qarşı sanksiyalar barədə danışarkən qeyd edib ki, onlara adi formatda nəzərdən keçirmək mümkün deyil, amma bunun üzərində işləmək lazımdır.