Bakı-Quba yolunun Yaşma bağları adlanan ərazisində yük avtomaşını ilə "Mercedes" markalı avtomobil toqquşub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, nəticədə minik avtomobilindəki sərnişin Lalə Hüseynli yerindəcə ölüb.
Digər 2 qadın sərnişin isə müxtəlif xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.
Qəzanın səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu