Güclü külək nəticəsində Göygöldə evin dam örtüyü uçaraq insanların xəsarət almasına səbəb olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində baş verib.
Uçan dam örtüyü yol kənarında dayanan iki nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Zərərçəkənlər Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Onların kimliyi və hazırkı vəziyyətləri dəqiqləşdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu