“Araz Naxçıvan” klubundan ayrılan Turan Manafov karyerasını Litvada davam etdirməyə yaxındır.
Bizim.Media xəbər verir ki, adıçəkilən ölkənin “Jalgiris” klubu Vəlizadəni sıralarında görmək istəyir.
Klub rəsmiləri futbolçu ilə ilkin danışıqlar aparsa da, o, hələ transferə razılığını verməyib. “Turan Tovuz”dan da təklif alan 25 yaşlı yarımmüdafiəçi karyerası ilə bağlı son qərarını yaxın günlərdə verəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media