Heyətindəki bəzi futbolçuları saxlaya bilməyən “Kəpəz” bəzi legionerlərlə ortaq məxrəcə gəlib.
Bizim.Media xəbər verir ki, söhbət portuqaliyalı qapıçı İqor Rodrigeş, nigeriyalı yarımmüdafiəçi Olavale Onanuqa və seneqallı müdafiəçi Latir Falldan gedir.
Hər 3 oyunçu ilə aparılan danışıqlar müsbət yekunlaşıb və onlar növbəti mövsümdə də “Kəpəz”də çıxış edəcəklər.
Rəşad Rafiqoğlu, Bizim.Media