Ermənistan təxribat TÖRƏDƏRSƏ – Fransa milyardlarını itirəcək, İrəvan isə... – ŞƏRH 

Fransa Makronun timsalında belə görünür, Cənubi Qafqazda yenidən gərginlik ocağı yaratmaqda maraqlıdır. Ən azından onun Ermənistanı silahlandırmaqda davam etməsi bunu əsas verir. Fransa Ermənistana satdığı silah-sursatın nomenklaturasını genişləndirir, Ermənistan rəhbərliyini revanşizmə təşviq edir.

İyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə səfəri fonunda iki ölkə arasında “CAESAR” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalanıb.

Bundan başqa, səfər zamanı Ermənistanla Fransa-Almaniya müştərək silah konserni olan KNDS arasında hərbi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb.

Fransa bu silahları satmaqla Ermənistanı yeni təxribatlara hazırlamaq niyyətini açıq şəkildə nümayiş etdirib.

Fransa niyə təxribat planlarından əl çəkmir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Fransa bu hərəkətlərilə Ermənistanı yenidən müharibəyə sövq etmək istədiyini ortaya qoyur:

“Amma burada döyüşən fransız deyil, erməni əsgəri olacaq. Belə olan halda zərbələr də Fransaya yox, Ermənistana dəyəcək. İrəvan Azərbaycanla sülh üzərində düşünməlidir, nəinki Fransanın qurduğu çiknin oyunlarda iştirakda məmnunluq duymaq”.

Deputat qeyd edib ki, əslində Fransanın verdiyi silahlar Ermənistanın hərbi cəhətdən güclənməsində elə bir əsaslı rol oynamır:

“Çünki ordu çoxmilyardlıq vəsait tələb edən strukturdur. Fransanın etdiyi isə cəmi bir neçə yüz milyon dollar məsələsidir. Onun da bir hissəsini Fransa Ermənistana kredit şəklində verir ki, İrəvan vaxtı çatanda onu qaytarmalıdır. Deməli, Ermənistan özü bilmədən borc tələsinə düşür.

İkincisi, Fransanın Ermənistana verdiyi silahlardan daha güclüsü Azərbaycanda var.

Azərbaycan dəfələrlə rəsmi şəkildə bildirib ki, Ermənistan ölkəmizə təhlükə yaradarsa, layiqli cavabını alacaq. Paris isə Bakının bu xəbərdarlığını nəzərə almaq istəmir. Çünki özü regiondan kənardadır, sabah nə olacaqsa, Ermənistana olacaq və Fransa bundan heç nə itirməyəcək”.

Həmsöhbətimizə görə, Fransa hakimiyyətinin Azərbaycana qarşı siyasi təxribatı sonda Fransanın özünə ziyan vuracaq:

“Fransa belə olan halda Azərbaycanla çoxmilyardlıq kontraktlardan məhrum olur, beynəlxalq birlikdə nüfuzdan düşür”.

Deputatın fikrincə, Parisin vaxtaşırı Ermənistana silah verilməsi barədə məlumatlar yayması siyasi reklam xarakteri daşıyır:

“Bu yolla Fransa özünü güc, söz sahibi kimi göstərmək istəyir. Ancaq tarix sübut edib ki, Fransanın etdiklərinin zərbəsi ilk növbədə özünə qayıdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlin son oyununda "Sabah" "Sumqayıt"ın qonağı olacaq

İlin son oyununda "Sabah" "Sumqayıt"ın qonağı olacaq

MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

Qubada maşın qadın piyadanı vuraraq ÖLDÜRDÜ

Qubada maşın qadın piyadanı vuraraq ÖLDÜRDÜ

Göyçayda qadın dəm qazından BOĞULDU

Göyçayda qadın dəm qazından BOĞULDU

Bakıda evdə yanğın – Bir ölü var

Bakıda evdə yanğın – Bir ölü var

Qaxda iki avtomobil toqquşdu

Qaxda iki avtomobil toqquşdu

İlham Əliyev MDB liderlərinin Zirvəsində bu səbəbdən iştirak etməyəcək – RƏSMİ

İlham Əliyev MDB liderlərinin Zirvəsində bu səbəbdən iştirak etməyəcək – RƏSMİ

Tramp Baydenin təyin etdiyi səfirləri geri çağırır - Ermənistandakı diplomat da var

Tramp Baydenin təyin etdiyi səfirləri geri çağırır - Ermənistandakı diplomat da var

Siqaret yenidən BAHALAŞACAQ?

Siqaret yenidən BAHALAŞACAQ?

Bütün diqqətlər ABŞ-a yönəlir: Tramp bəyanatla çıxış edəcək

Bütün diqqətlər ABŞ-a yönəlir: Tramp bəyanatla çıxış edəcək

Dişləri təbii üsullarla necə ağartmalı?

Dişləri təbii üsullarla necə ağartmalı?

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

Avtomobili etibarnamə ilə idarə edənlərin NƏZƏRİNƏ

Avtomobili etibarnamə ilə idarə edənlərin NƏZƏRİNƏ

Uitkoff: “Rusiya Ukraynada sülhə nail olmağa tam sadiqdir”

Uitkoff: “Rusiya Ukraynada sülhə nail olmağa tam sadiqdir”

Bu ətləri qətiyyən almaq olmaz – Ekspertdən XƏBƏRDARLIQ

Bu ətləri qətiyyən almaq olmaz – Ekspertdən XƏBƏRDARLIQ

Ölənə kimi hər həftə 1000 dollar alacaq

Ölənə kimi hər həftə 1000 dollar alacaq

“Uşağın o sözü mənə çox pis təsir etdi” - Şagirdi xilas edən valideyn - VİDEO

“Uşağın o sözü mənə çox pis təsir etdi” - Şagirdi xilas edən valideyn - VİDEO

Bu gündən Amnistiya aktının icrasına BAŞLANILIR

Bu gündən Amnistiya aktının icrasına BAŞLANILIR

Azərbaycana keçən torpaqlara görə ermənilərin PUL DAVASI

Azərbaycana keçən torpaqlara görə ermənilərin PUL DAVASI

Zirəddin Rzayevdən ŞOK PROQNOZ - VİDEO

Zirəddin Rzayevdən ŞOK PROQNOZ - VİDEO

Kanadada TERROR ŞOKU: İŞİD üzvləri HƏBS OLUNDU - Aralarında Osman Əzizov da var

Kanadada TERROR ŞOKU: İŞİD üzvləri HƏBS OLUNDU - Aralarında Osman Əzizov da var

Oğlu Amerikada təhsil alacaq

Oğlu Amerikada təhsil alacaq

Livanda "Hizbullah"ın iki döyüşçüsü MƏHV EDİLDİ

Livanda "Hizbullah"ın iki döyüşçüsü MƏHV EDİLDİ

Boksçularımız Türkiyədə 32 medal QAZANDI

Boksçularımız Türkiyədə 32 medal QAZANDI

End of content

No more pages to load

RADİO