Parisdə yəhudi qızın zorlanması ilə bağlı kütləvi etiraz aksiyası keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Avropa 1" nəşri yazıb.
Mənbə qeyd edib ki, yüzlərlə sakin "Fransada artan antisemitizmə" qarşı nümayiş keçirib.
Buna səbəb iyunun 18-də millətçilik zəminində 12 yaşlı yəhudi qızın zorlanması olub.
Nəşr bildirir ki, iş üzrə 12-14 yaşlı 3 şübhəli saxlanılıb.
Mənbənin sözlərinə görə, cinayətə səbəb “qızın yəhudi mənşəyini gizlətməsi” olub.
Saxlanılanlardan birinin telefonunda antisemitizm şüarları və yandırılmış İsrail bayrağının fotoşəkili tapılıb.
Bizim.Media