“Sabah” klubu daha bir legionerini göndərməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, Masazır təmsilçisi müdafiəçi Maruan Hadudi ilə müqaviləni uzatmayacaq.
Böyük ümidlərlə transfer olunan 32 yaşlı futbolçu əsas heyətə düşə bilmədiyindən məşqçilər korpusu onunla vidalaşmağı qərara alıb.
Xatırladaq ki, Hadudi ötən mövsümün əvvəlində “Sabah”a transfer olunmuşdu. O, “Sabah”dan gedən artıq üçüncü legionerdir. Daha əvvəl paytaxtlılar David Volkov və Kristian Sebalyosla yollarını ayırmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media