Almaniya hakimiyyəti azarkeşlərə 2024-cü il futbol üzrə Avropa çempionatının fan zonalarına rus simvollarını gətirməyi qadağan edib.
Bizim.Media bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
“Avropa çempionatının fan zonalarında Rusiya bayraqları görünməməlidir. Çünki Rusiya komandası turnirdə iştirak etmir. Ümumiyyətlə, Avroda oynamayan ölkələrin bayraqları və simvolları fan zonalarında təqdim oluna bilməz. Bu qərar azarkeşlərin bir-birini təxribata çəkməməsi ilə bağlıdır”, - Münhendə yerləşən fan zonasının mətbuat xidmətinin bəyanatında deyilir.
Bizim.Media