Yeni mövsümdən Premyer Liqaya qayıdan “Şamaxı” heyətini legioner qolkiperlə gücləndirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi Rikardi Fernandeslə anlaşmaq üzrədir.
Hazırda tərəflər danışıqların son mərhələsindədir. 29 yaşlı qapıçının “Torreens” ilə müqavilə müddəti bu ayın sonunda başa çatacaq.
Portuqaliyalı futbolçu karyerası ərzində “Belenenseş”, Oliveyrense”, “Anadiya”, “Fafe”, “Famalikao”, “Santa Klara” klublarının qapısını qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media