Ruanda prezidenti Pol Kaqame gələn ay keçiriləcək prezident və parlament seçkiləri öncəsi ölkə parlamentini buraxıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, Ruanda konstitusiyasına görə, prezident parlamenti qanunverici orqanın səlahiyyət müddətinin bitməsinə azı 30 gün və ən çoxu 60 gün qalmış buraxır.
Qeyd edək ki,ölkədə prezident seçkiləri iyulun 15-də keçiriləcək.
Bizim.Media