Türkiyənin məşhur “Yaprak dökümü” serialında “Ahmet” obrazını canlandıran aktyor Yusuf Atala saxlanılıb.
Bizim.Media xəbər verir ki, sənətçi dələduzluqda ittiham olunur.
Y.Atala “Pulsuz tətil qazandınız” vədi ilə 50 milyon lirə (təxminən 2615 manat) mənimsəyən dəstə ilə birgə polis tərəfindən saxlanılaraq bölməyə gətirilib.
Rəşad Əliyev, Bizim.Media