“Bayer” heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media Leverkuzen klubunun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, “Jirona”nın yarımmüdafiəçisi Aleş Qarsiya heyətə cəlb olunub.
Bu transfer “Bayer”ə 18 milyon avroya başa gəlib.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2021-ci ildən La Liqa təmsilçisinin heyətində forma geyirdi. Son mövsümdə Qarsiya bütün turnirlər nəzərə alınmaqla 40 matçda forma geyib, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media