İsveçrə millisinin sabiq üzvü Gökhan İnler klub funksioneri kimi çalışacaq.
Bizim.Media xəbər verir ki, türk əsilli keçmiş yarımmüdafiəçi "Udineze"nin idman direktoru təyin edilib. Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 40 yaşlı Gökhan İnler 4 il (2007-2011) "Udineze"də çıxış edib. O, "Napoli", "Lester"," "Beşiktaş" və "Başakşehir"də də oynayıb.
Bizim.Media