Bu yay "Qarabağ"ı tərk edən futbolçuların sayı 4-ə çatıb.
Bizim.Media xəbər veeue ki, fransalı vinger Adama Diakabi, rusiyalı qapıçı Andrey Lunyov və karyerasını bitirən Maksim Medvedevdən sonra Luka Quqeşaşvili ilə yollar ayrılıb.
Gürcüstan yığmasının heyətində AVRO-2024-ün final mərhələsinə aparılan kiperlə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Quqeşaşvili AVRO-2024-dən sonra Ağdam klubu rəsmən sağollaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media