"Zirə" Davit Volkovla anlaşıb.
Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi gürcüstanlı hücumçu ilə 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, “Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020 - 2022-ci illər aralığında da bu klubun şərəfini qoruyub.
Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsinin “Qaqra”, “Dinaamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”, Azərbaycanda isə “Qəbələ” və “Sabah”da da çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media