Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Emre Can Almaniya millisinə çağırılıb.
Bizim.Media "Bild"ə istinadən xəbər verir ki, o, zədələnən "Bavariya"nın oyunçusu Aleksandr Pavloviçin əvəzinə Avro-2024 üçün heyətə daxil edilib.
Qeyd edək ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Bizim.Media