"Yuventus"un yeni baş məşqçisi açıqlanıb.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Tiaqo Motta təyin edilib.
Onunla 3 illik müqavilə imzalanıb. Həm İtaliya, həm də Braziliya vətəndaşlığı olan mütəxəssis istefaya göndərilən Massimiliano Alleqrini əvəzləyib.
Qeyd edək ki, T.Motta ötən mövsüm "Bolonya"nı çalışdırıb.
Bizim.Media