“Hər zaman olduğu kimi, Rusiya ABŞ-ın aqressiv hərəkətlərini cavabsız qoymayacaq”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-nin anti-Rusiya sanksiyalarının genişləndirilməsinə dair şərhində qeyd edib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiya və Çinə qarşı sanksiyalar siyahısını genişləndirib.
Belə ki, Rusiya və Çindən olan 30-dan çox fiziki və 200-dən çox hüquqi şəxs məruz qalıb.
Bizim.Media